Ru
23:08 / 04 Dekabr 2019

“KOSMOS” MÜHARİBƏSİ – İki nəhəng qarşı-qarşıya...

2338


"ABŞ hərbi-siyasi rəhbərliyi kosmik məkanı hərbi əməliyyatların keçiriləcəyi bir teatr hesab edir"

“BakuPost” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın kosmos hərbi əməliyyatlar cəbhəsi yaratmağı planlaşdırdığını bildirib.

Putin, Soçidə keçirilən Rusiya Hərbi Dəniz Donanmasının inkişafı ilə bağlı yığıncaqdakı çıxışında kosmosdakı hərbi əməliyyatlar barədə danışıb.
Dünyanın böyük ölkələrinin müasir hərbi kosmik sistemlərini fəal şəkildə inkişaf etdirdiklərini və texniki xüsusiyyətlərini müasirləşdirdiklərini dilə gətirən Putin, ABŞ-ın kosmosda hərbi əməliyyatlar planlaşdırdığını bildirib.

"ABŞ-ın hərbi-siyasi rəhbərliyi kosmik məkanı hərbi əməliyyatlar üçün bir teatr kimi görür", ifadəsi işlədib.

Putin Rusiyanın kosmosun silahlanmasına qarşı olduğunu vurğulayıb: "Bu vəziyyət bizdən kosmik-raket sahəsini orbit vasitələri ilə gücləndirməyimizi tələb edir”.

O, həmçinin Suriyadakı müharibə təcrübəsinə əsaslanaraq, orduda elektron müharibə sistemlərinin inkişafına çağırış edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər