Ru
17:46 / 25 Noyabr 2020

Kredit portfeli və əmanətlər azalıb - Mərkəzi Bankın HESABATI

1218

Mərkəzi Bank yeni rəsmi hesabatlar açıqlayıb.


Məlumata görə, noyabrın 1-nə kredit məbləği 14 milyard 409,3 milyon manat, əmanət məbləği 7 milyard 870,3 milyon manat göstərilir.


2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alınmışdı. On ayda kredit portfeli 491,6 milyon manat, əmanətlər 767,6 milyon manat azalıb.

Başqa bir açıqlamaya əsasən, noyabrın 1-nə 1 milyard 6,5 milyon manatlıq problemli kredit rəsmiləşib.

2020-ci ilin əvvəlində 1 milyard 273,1 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit vardı. On aylıq azalma 266,6 milyon manatdır. /Novator.az

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər