Ru
16:43 / 20 Aprel 2019

"Kreml Azərbaycan fərqli yönə döndərmək istəyir" - İsveçin sabiq xarici işlər naziri

2269
İsveçin sabiq xarici işlər naziri "Project Syndicate” nəşrində Şərq Tərəfdaşlığı barədə qalmaqallı yazı ilə çıxış edib.

Həmin yazını təqdim edirik: 



Karl Bildt, 

"Project Syndicate”, 17.04.2019

Beş il bundan əvvəl, aprel ayında "yaşıl adamcıqlar” – heç bir milli nişanı almayan əsgərlər – Ukraynanın şərqindəki Donetsk vilayətində, Slavyansk şəhərində polis bölməsini ələ keçirib. Beləliklə, mart ayında Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyanın Ukraynanı parçalamaq kampaniyasının ikinci mərhələsi başlanıb.


Kremlin öz açıqlamalarından aydın olub ki, Rusiyanın məqsədi Ukraynanın cənubunda yarımüstəqil dövlətcik – "Novorossiya ("Yeni Rusiya)” yaratmaq və ölkənin qalan hissəsini Böyük Qalisiyaya çevirmək imiş.


Moskvanın tərəfdarı olan qiyamçıların tərkibinə Rusiya xüsusi təyinatı qüvvələri, millətçi dəlibaşlar və "könüllülər” daxil idi. Rusiya onları "humanitar yardım” və modern silahlarla təmin etsə də, gözləntini – Novorossiyanı yaratmaq üçün xalq dəstəyini səfərbər etmək mümkün olmadı.


Ukrayna çökmədi. 2014-cü ilin may ayında keçirilən prezident seçkisindən sonra işğalçıları sıxışdıraraq o, vəziyyəti düzəldilməyə başladı.


Rusiya prezidenti Vladimir Putin qazandıqlarını ən azı qorumaq üçün Ukraynada nizami Rus Ordusunun qüvvələrini yerləşdirib. Sentyabr ayında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçiliyi ilə imzalanmış Minsk Protokolu qarşıdurmada əks-tərəflər arasında çəkilmiş xətt olub və durumu ciddi şəkildə dondurub.


Münaqişəyə gətirib çıxaran hadisələr bir il əvvəlki yay mövsümündə başlamışdı. Kremlin Ukrayna hökumətinə Avropa Birliyi ilə azad ticarət və assosiasiya müqaviləsi üzrə danışıqlardan imtina etmə üçün təzyiqini artırdığı  zaman. Qərblə əlaqələrini dərinləşdirən başqa bir qonşuya dözümsüz Putin, Ukraynanı Rusiya ilə Gömrük Birliyinə daxil olmağa məcbur etmək istəyir, Aİ-yə qarşı Avrasiya İttifaqını yaradırdı.


Kremlin təzyiq kampaniyası bir ildən az müddətdə ticarət və maliyyə sanksiyaları, habelə siyasi müdaxilələrdən açıq hərbi təcavüzə keçib. Lakin beş il sonra bunların heç birinin çalışmadığı aydınlaşıb.


Ukrayna ərazisinin 7%-i hələ də Kremlin dəstəklədiyi qüvvələrin işğalı altında qalsa da, milyonlarla məcburi köçkün və humanitar xərclər milli büdcəyə ağırlıq versə də, Ukrayna bir sıra cəbhələrdə ciddi irəliləyiş əldə edib. İndi Aİ ilə sərbəst ticarət və assosiasiya müqaviləsi mövcuddur. Uzunmüddətli iqtisadi islahatlardan sonra iqtisadiyyat dalandan çıxmağa başlayıb. Avropanın yüksək sərbəstlik və ədalət standartlarına cavab verən prezident seçkisinin ilk turu keçirilib.


Aİ bu nəticəyə görə alqışlanmağa layiqdir.


Avropa İttifaqının Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlığı üçün daha etibarlı bir çərçivə yaradan Şərq Tərəfdaşlığını başlamasından on il keçib. Bu təşəbbüs, xatırladılmalıır ki, Kremlin Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyaraq Gürcüstanı parçalamağa çalışmasına, Gürcüstanı işğal etməsinə təpki idi.


Rusiyanın ən yaxın müttəfiqləri belə işğal olunmuş əraziləri tanımağa və ya işğalı qanuniləşdirməyə razılaşmayıb. Gürcüstan təkcə Aİ sayəsində sağ qalmayıb, həm də iki dəfə (kifayət qədər mübahisəli) prezident seçkiləri keçirb.


Əlbəttə, Şərq Tərəfdaşlığının daha böyük irəliləyişi budur ki, Rusiyanın Şərqi Avropa və Cənubi Qafqazdakı qonşuları Aİ ilə daha sıx əlaqələr qurub. Bu təşəbbüs hətta tərəfdaş ölkələrin Rusiya ilə mövcud razılaşmalarına heç bir təhlükəyə yaratmır. Rusiya ilə azad ticarət razılaşmasına malik olanlar da Aİ ilə əlaqəyə sahib ola biliblər.


Şəksiz ki, Aİ-nin xaricində Şərqi Avropa ölkələri hələ də ciddi iqtisadi və təhlükəsizlik məsələləri ilə məşğul olur. Onların hər biri korrupsiyaya qarşı mübarizə, hüququn üstünlüyünü təmin etmək və iqtisadi açılma üçün daha çox işlər görməlidir.


Aydındır ki, Gürcüstan və Ukraynada dondurulmuş və ya yarıdondurulmuş, o cümlədən Dnestryanı və Moldova, Ermənistan və Azərbaycan arasında (Dağlıq Qarabağla bağlı) münaqişələr həll olunmalıdır.


Lakin ən vacib məsələ "Şərq tərəfdaşları”nın müstəqilliyinin qorunub saxlanılmasıdır. Azərbaycan və Belarus kimi ölkələr çox fərqli daxili trayektoriyada olsa da, onlar demokratiya yolunda yürüşə davam edir.


Bu, Kremlin həmin ölkələri digər istiqamətə məcbur etmək üçün kütləvi səylərini nəzərə alaraq, Aİ üçün əlamətdar qələbədir.


Bu gün Slavyanskda Ukrayna bayraqları dalğalanır və beş il bundan əvvəl polis bölməsinə hücum edən "yaşıl adamcıqlar”, ehtimal ki, Moskvaya geri dönüb, sərxoş, narazı və bütün bunların nə üçün olduğunu anlamayan haldadırlar.


Tərcümə: Strateq.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər