Ru
09:22 / 09 May 2021

Şəhid ailələrinə sovqat göndərildi

3982
Ramazan bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Kürdəmir rayonunun Vətən müharibəsində şəhid olan qəhrəman sakinlərinin ailələrinə sovqatlar təqdim edilib.

Bakupost.az xəbər verir ki, Birləşmiş Həmkarlar İttifaqları Komitəsi Təşkilat şöbəsinin müdiri Anar Tağıyev, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudovun iştirak etdiyi mərasimdə şəhid ailələri ziyarət olunub, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Komitənin şöbə müdiri A. Tağıyev Kənd Təsərrüfatı Nazirliyinin şəhid ailələri ilə bağlı həyata keçirdiyi sosial, mənəvi, iqtisadi layihələr haqqında məlumat verib.

Görüşdə bu kimi dəstək xarakterli layihələrin davamlı olacağı xüsusilə vurğulanıb.
Şəhid ailələrinə sovqat göndərildi
Şəhid ailələrinə sovqat göndərildi
Şəhid ailələrinə sovqat göndərildi
Şəhid ailələrinə sovqat göndərildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər