Küçədən 54 yaşlı kişi meyiti tapıldı - Bakıda

  • 15 Okt 2019 13:16
  • 1116 Baxış
Küçədən 54 yaşlı kişi meyiti tapıldı -  Bakıda
Bakıda 54 yaşlı kişinin küçədə meyiti tapılıb.

Bakupost.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Kərimov Fariz Xıdır oğlu olması müəyyən edilib.

M.Məmmədovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.