Ru
15:48 / 19 Avqust 2019

Küçənin ortasında kişi bıçaqlandı - BAKIDA

2153
Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.


Bakupost xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.


Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.


Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

(trend)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər