Ru
15:09 / 13 Aprel 2021

"Kür acınacaqlı vəziyyətdədir" - Haradadır bu kompleks tədbirlər? - Deputat

1879
“Keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Millət vəkili qeyd edib ki, Kür boyu çoxlu balıq nohuru var: "Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər