Ru
13:19 / 23 Oktyabr 2020

"Muzdlular hər ay 600 dollar pul alırdılar" - Erməni hərbçi VİDEO

2883
Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb.

Onlardan biri bildirib:

“Mən Mikayelyan Albert Yervandi sentyabrın 7-si 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olmuşam. 2019-cu ilin dekabrın 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütməsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.





Şərhlər
  • hn555

    kürdlər nə üçün azeritürklərinə qarşı ermeni tarafında yer alıb

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər