Kürdəmir sakini sirkə turşusundan zəhərləndi

  • 07 Sen 2019 23:13
  • 23764 Baxış
Kürdəmir sakini sirkə turşusundan zəhərləndi
Kürdəmir rayonunda zəhərlənmə olub.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, 1996-cı il təvəllüdlü rayon sakini Hüseynov Ceyhun Vahid oğlu bilmədən turşu sirkəsini içərək zəhərlənib.

O, dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.