Ru
00:13 / 17 Sentyabr 2019

Kürdəmirdə yük maşını piyada qadını vurub

1835
Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un
“Report”a istinadən məlumatına görə, hadisə Bakı -Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmirdə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün 1981-ci təvəllüdlü Səlimova Gülnaz Muğan qızı yolu keçmək istəyərkən onu Türkiyə vətəndaşı, Ümüd adlı sürücünün idarə etdiyi “Mercedes” markalı yük maşını vurub.

Ağır bədən xəsarətləri alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər