Ru
14:15 / 12 Aprel 2021

Laçında evini tapan kişinin harayı... - VİDEO

12169
İşğaldan azad edilən torpaqlara qayıdan məcburi köçkünlər orda viran edilmiş yurdlarıyla qarşılaşır. Torpaqların erməni vandallarından azad edilməsi nə qədər qürurverici hadisə olsa da, insanlara evlərinin, qəbirlərin – bütün xatirələrinin məhv edilməsini öz gözləriylə görmək dəhşətli bir hissdir.

Bakupost.az -ın redaksiyasına təqdim olunan bu videoda doğulduğu evin xarabalığı ilə ilk tanışlığın ürəkparçalayan görüntüləri yer alıb.

Laçın rayonundan olan Qaçay Hüseynov 30 ildən sonra öz doğma kəndinə ayaq basıb. Rayon sakini böyüyüb, boya-başa çatdığı Qarakeçdi kəndindəki evlərini dağılmış vəziyyətdə görərkən göz yaşlarını saxlaya bilməyib.

O ağlayaraq bildirib ki, evləri erməni vandalları tərəfindən yandırılıb və oradan heç bir əsər-əlamət qalmayıb. Q.Hüseynov hönkürərək viran qalmış evinin daş divarlarından öpüb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər