BakuPost-un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Sumqayıtda Lixtenşteyn yığmasına 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis bildirib ki, cinah hücumlarını daha çox quraraq qol vurmağa cəhd ediblər. Bu zaman ehtiyatlı oyuna üstünlük veriblər: "Cinahlardan qapı qarşısına ötürmələri yerlə edirdik. Çünki İsveçrə ilə qarşılaşmada göylə ötürmələrin effektli olmadığını görmüşdük".
Obradoviç bu dəfə azarkeş azlığını oyunun iş gününə və erkən saata təsadüf etməsi ilə əlaqələndirib: "Heyəti müəyyənləşdirərkən futbolçunun harada oynamasına baxmıram. Burada "Sumqayıt"ın 3 futbolçusundan yararlandıq. Təki futbolçular öz klublarında daha çox çıxış edərək bizi onları əsas heyətdə meydana buraxmağa vadar etsinlər. Oyunlarımızı yenə burada keçirmək istərdik. Çünki Sumqayıtda hər şey bizi qane edir".