Ru
23:52 / 01 Oktyabr 2020

“Qarabağ” 7-ci dəfə qrupda - YENİLƏNİB

8394
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

"BakuPost" xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran Qurban Qurbanovun çalışdırdığı kollektiv Avropa Liqasında mübarizəyə pley-offdan başlayacaq.

Ağdam təmsilçisi bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün Polşanın “Legiya” klubu ilə üz-üzə gələcək. Varşavada keçiriləcək oyunda qələbə qazanan tərəf qrupa vəsiqə qazanacaqsa, məğlub tərəf avrokuboklarla vidalaşacaq.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 22:00-da start veriləcək.

Avropa Liqası

Pley-off

1 oktyabr

22:00. Legiya – Qarabağ

Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya).

Varşava. Ordu stadionu.

Legiya: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 7. Domaqoy Antoliç, 9. Tomaş Pekhart, 11. Xoel Valensiya, 21. Rafael Lopes, 25. Filip Mladenoviç, 55. Artur Endjeyçik (k), 67. Bartoş Kapustka, 99. Bartoş Sliş.

Ehtiyat oyunçular: 33. Radoslav Çejnyak, 4. Mateuş Veteska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.

Baş məşqçi: Çeslav Mixneviç.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

***

Matç başladı

***

"Qarabağ" 50-ci dəqiqədə Patrik Andradenin qolu ilə hesabı açır

***

"Qarabağ" 62-ci dəqiqədə Abdullah Zubirlə ikinci qolu vurur

***

Filip Ozobiç 70-ci dəqiqədə 3-cü qolu vurur

***

Matç başa çatdı. "Qarabağ" 7-ci dəfə avrokubokların qrup mərhələsində
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər