Lənkəranda 3 yaşlı uşaq quyuya düşüb

466
Lənkəranda 3 yaşlı uşaq su quyusuna düşüb.
BakuPost-un məlumatına görə, hadisə Haftoni qəsəbəsində qeydə alınıb.
2016-cı il təvəllüdlü Əliyeva Zəhra Mail qızı valideynlərinin nəzarətindən yayınaraq, su quyusuna yıxılıb. Köməyə gələn yaxınları onu quyudan çıxararaq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
O, tənəffüs yollarının obstruksiyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatı üçün ciddi təhlükənin olmadığı deyilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər