Ru
13:07 / 16 Sentyabr 2019

Lənkəranda kişini öldürüb meyitini evinin qabağına atdılar - YENİLƏNİB

1485

Daxili İşlər Nazirliyi Lənkəranda baş verən qətllə bağlı məlumat yayıb.



Nazirliyinin mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanıblar.


***

Lənkəranda 53 yaşlı kişi öldürülüb.



Bakupost.az-ın məlumatına görə, hadisə rayonun Liman şəhərində qeydə alınıb.


1956-cı il təvəllüdlü Eyvaz Yusubovun naməlum şəxs və yaxud şəxlər tərəfindən qətlə yetirilərək meyiti evinin qarşısına atılıb.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər