Ru
12:39 / 09 Dekabr 2019

Lənkəranskinin adamı “Kriti Araz”ın “podelniki” ŞİKAYƏT EDİR

4788
Həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcovla birgə ittiham olunan Xəyyam Qurbanlı barəsindəki hökmdən Ali Məhkəməyə şikayət edib.


BakuPost.az-ın məlumatına görə, onun kassasiya şikayəti Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib. Şikayətə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, İttiham aktına əsasən, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Babayev isə məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər