Ru
13:17 / 07 Fevral 2020

Lerik 3 gündür işıq axtarır

5645
Lerik rayon mərkəzində və bir neçə kəndində 3 gündür işıq problemi yaşanır.

Lerik sakinlərinin BakuPost-a verdikləri məlumata görə, rayonun özündə və Kəlvəz, Kələxan, Orand, Buzeyir, Qoşmalıan, Şingədilan, Veri, Cəngəmirən kəndlərində artıq 3 gündür ki, işığn verilməsində problemlər yaşanır. Sakinlər elektrik enerjisinin verilməsinin nə zaman tam bərpa olunacağını bilmədiklərini söyləyirlər.


Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, hadisəyə səbəb güclü külək olub:

"2 gün öncə Lerik rayonunda baş verən güclü külək bütün işıq xətlərini qırıb. Orada dağların başında 4-5 evin yerləşdiyi aul tipli yaşayış yerləri var. Bu yerlərdən yayda təsərrüfat qurmaq üçün istifadə edirlər.Həmin ərazilərdə də külək çox şiddətli olur. Ona görə də, işıq yanıb-sönür. Küləkdən sonra nasazlıq aradan qaldırılıb və həmin ərazilərdə enerji sərfiyyatı vardı. Lakin dünən axşam yenidən güclü külək olub və müəyyən fasilələr yaranıb. Yenidən qəzaların nəticəsi aradan qaldırılıb, hazırda Lerik rayonunda və adı çəkilən kəndlərdə enerji təchizatı bərpa olub".

Sakinlər isə bildirirlər ki, rayon mərkəzində və yaxın kəndlərdə elektrik enerjisi bərpa olunsa da, mərkəzdən uzaq kəndlərdə hələ də işıq yoxdur.

Afaq Rza
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər