Ru
22:17 / 30 Sentyabr 2019

Leyla Əliyeva poeziya tamaşasında - FOTO

1740
Bu gün İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.

BakuPost-un məlumatına görə, tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.

“LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış ilk tamaşadır.

Fons Vitae (lat.) – həyat mənbəyi deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi olan Toledoda yaşamış Solomon ibn Qabirolun mesajıdır. Solomon ərəb dilində yazıb, daha sonra latın dilinə “Fons Vitae” şəklində tərcümə edib.

İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar və poeziyalarında bənzər dini köklər və fəlsəfə əks olunub.

Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin əsərlərində çox yaxın bağlar var. Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda görmək, onda tapmaq istəyirlər. Tamaşada Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir. Səhnə əsərində hər iki şairin 5 şeirindən istifadə edilib. Bu əsərlər bütövlükdə Nəsimi poeziyasının ruhuna yaxın, həm də festivala bir töhfədir.

Rejissor deyib ki, Leyla Əliyeva və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran ideyadır. Bu ideya vaxtilə Nəsimini Solomonla bağlayıb. Əsrlər keçib, bu ideya yenidən iki söz adamını birləşdirir. Burada əsas ideya İnsandır.

Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər