Ru
23:56 / 18 Aprel 2019

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi - FOTO

2054
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada
"Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib.

 

BakuPost.az xəbər verir
ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya
İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və
hematologiya kafedrasında baş tutub.

  Bu il də aksiyaya azərbaycanlı
tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr
qoşulub.   Rusiya Azərbaycanlı Gənclər
Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev jurnalistlərə
bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu aksiya artıq
10-cu ildir ki, keçirilir. Samir Əliyev qeyd edib ki, xeyriyyə aksiyasının
donorları qan verərkən həm öz sağlamlıqları barədə məlumat əldə edir, həm də
qana ehtiyacı olan insanlara yardım göstərirlər.   Birinci Moskva Dövlət
Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor
Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən bu aksiyanın artıq ənənə halı aldığını vurğulayaraq deyib: "İl ərzində
RAGB tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik
aksiyasının təşkilinə görə, Qan Mərkəzi kollektivi adından Leyla Əliyevaya təşəkkürümü
bildirmək istəyirəm”.   "Qanın milliyyəti
yoxdur” aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil
edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.

 

 

 
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi -  FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi -  FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi -  FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər