Lider TV-nin efirində biabırçılıq - VİDEO

  • 23 Sen 2019 17:14
  • 2748 Baxış

Lider TV-nın efirində biabırçı səhv buraxılıb.



BakuPost.az baku.ws-ə istinadən xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.


Verilişin qonaqlarından biri - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb.


Aparıcı Dilşad Əhmədova dalbadal iki böyük səhvə yol verir.


Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edir. Aparıcı savadsız təqdimatının ardınca daha bir bağışlanılmaz səhv edir. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edir. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edir.




  • Babayev V.
    Bu qeder olmaz.neden savadsiz aparicilar ekranlara buraxilir.axi milyonlarla insan verlişleri izleyir.yoxlaniş olmur işe qebul olinanda.bunun axri nece olacaq.veriliş vaxti aparicilar ,devet olunmuş qonaqlar telefonla oynayir.hec bir ölkede bele şey yoxdur.besdirin insanlarin esebiyle oynadiz.savadinizi artirin movzuya hazirlaşin gelin.olmaz.