Ru
00:13 / 11 Dekabr 2019

"Liverpul" və "Napoli" 1/8 finalda

2119
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "E" qrupunun son oyunları keçirilib.

BakuPost-un
məlumatına görə, İngiltərənin "Liverpul" klubu Avstriyanın "Zalsburq" klubunun qonağı olub.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun son oyunundan sonra "Liverpul" qrupda 13 xalla birinci yerdə qərarlaşaraq 1/8 finala vəsiqə qazanıb. "Zalsburq" klubu isə 7 xalla qrupda 3-cü yerdə qərarlaşıb və UEFA Avropa Liqasının 1/16 finalına yollanıb.

Qrupun digər oyunu İtaliyanın "Napoli" klubu və Belçikanın "Genk" klubu arasında baş tutub. Oyun "Napoli"nin 4:0 hesablı qələbəsi ilə yükunlaşıb. "Napoli" qrupda 12 xal toplayaraq ikinci yerdə qərarlaşıb və 1/8 finala vəsiqə qazanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər