Ru
14:33 / 16 Oktyabr 2019

"Liverpul"un futbolçusu Ginnesin Rekordlar Kitabına düşdü

2150
"Liverpul" və İngiltərə millisinin müdafiəçisi Trent Alexander-Arnold Ginnesin Rekordlar Kitabına düşdü.


BakuPost xəbər verir ki, bu barədə rəsmi " Twitter" in illik kataloqunda məlumat verilib.
Ötən mövsüm futbolçu İngiltərə Premyer Liqasının (Premyer Liqa) oyunlarında 12 asist etdi, bu turnir tarixində müdafiəçilər üçün ən yaxşı nəticədir.

Qazandığı uğurun bütün komandanın uöuru olduğunu deyən futbolçu: “Bu, mənim üçün böyük şərəfdir. Həmişə hücumçu olmaq və komandaya qol şansları yaratmaq istəyirdim. Futbol komanda oyunudur, buna görə mənim rekordum həm də bütün komandanın uğurudur” deyə qeyd edib.

Günel
BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər