Ru
23:51 / 23 May 2019

"Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir" - İlham Əliyev

2593
"Dağlıq
Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa
edilməlidir”.

 

BakuPost.azxəbər verir ki, bu sözləri Azərbaycan
Prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz
iqamətgahında açdığı iftar süfrəsində bildirib.

 

 

"Azərbaycan
xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlətimizin başçısı Cocuq
Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının
xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

 

Qeyd
edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə
məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək
səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün
Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib.
Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra
da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər