Ru
15:54 / 22 May 2019

Ölkənin sabiq NAZİRLƏRİ bir arada – “Range Rover”də 4 nəfər...

2176
Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.


 

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla "Heydər Məscidi”nə hüzr mərasiminə gələrkən kameraların hədəfinə tuş gəliblər.


Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da "Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.


Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.

Ölkənin sabiq NAZİRLƏRİ bir arada  – “Range Rover”də 4 nəfər...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər