Ru
16:22 / 26 İyun 2019

“Lord” ləqəbli idmançımızdan daha bir qələbə - VİDEO

2611
Azərbaycanlı kikboksçu Ramal Aslanov daha bir yarışın qalibi olub. 


Bakupost xəbər verir ki, "Lord” ləqəbli idmançımız Çində keçirilən beynəlxalq kikboksinq yarışında qələbə qazanıb.


Yarışla bağlı idmançının fikirlərini öyrəndik:


"FF döyüş təşkilatının ən güclüləri burada yarışırdı. Mən 2016-cı ildə bu yarışın "Qran Pri”sinin qalibi olmuşdum. Ən güclü səkkiz idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olub. Üstəlik, o, "Glory 57”nin də çempionu idi”.


R.Aslanov rəqibini necə məğlub etməsindən də danışıb:


"Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər