Ru
10:01 / 30 İyul 2020

Los-Anceles meri erməni hücumlarına görə məktub göndərdi

1485
Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayıb.

Mer 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan verilən məlumata görə, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər