Ru
21:07 / 20 Aprel 2019

Lotu Qulinin adı qətldə hallandırılır

2206
"Qanuni
oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun "həmkarı” Nadir
Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında
qarşıdurma səngimir.

 

BakuPost.az xəbər
verir ki, bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan
vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum
olub. Bu barədə Oxu.az-a Moskvadakı Azərbaycan diasporunun nümayəndələri
məlumat veriblər.

 

 
Qeyd edək ki,
aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu
silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb. Məlum olub ki,
qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi
Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər
şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı
Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi
açılıb.   Rusiya KİV-i
yazırdı ki, münaqişə "Food city” bazarından alınan xarab kartof üstündə
olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan
məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı
məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib.
Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış
mübahisə atışma və qanla bitib.   Həmyerlilərimizin
bildirdiyinə görə, Şəfi Məhəmmədov "Food city”də işləyirdi və Rövşən
Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən
Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z.
Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə
həmyerliləri nəzarət edir.   Ş. Məhəmmədova
atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin
qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu
istiqamətdə zəruri tədbirlər görülür.   Əldə olunan
məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof
deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət
gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər