Ru
19:23 / 19 Yanvar 2021

“Lotu Quli”nin məzarı başında atışma - Ölən var

3484
Ötən il qətlə yetirilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun məzarı başında atışma olub.

"BakuPost" bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, iki gün əvvəl İstanbulun Esenyurt bölgəsində yerləşən qəbiristanlıqda Əli Həşimov adlı şəxs Kənan İ. ilə "Lotu Quli"nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Qanla bitən mübahisədə Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Əlindən yaralanan Kənan silahı alaraq Əlinin başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.

Kənan isə hadisə yerində olan həyat yoldaşı Lalə M. tərəfindən xəstəxanalardan birinə çatdırılıb. Bundan başqa, insident zamanı orada Aynur İ. adlı qadın da olub. Lalə M. və Aynur İ. polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə borc üstündə baş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər