Ru
02:12 / 18 Noyabr 2020

Lüksemburq - Azərbaycan matçında hesab açılmadı

1330
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

"BakuPost" xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Lüksemburqda meydan sahibləri ilə görüşüb.

C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcəkdi. Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparırdısa, millimiz sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışırdı.

Bu komandalar arasında Bakıda keçirilən görüşdə Lüksemburq millisi 2:1 hesablı qələbə qazanmışdı. Bu oyunda isə qapılara qol vurulmayıb.

Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qalib gəlib. Bu nəticələrdən sonra Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
17 noyabr
Lüksemburq – Azərbaycan 0:0
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər