Ru
17:11 / 05 Mart 2021

Lüksemburq o qədər də böyük siyasi çəkiyə malik ölkə deyil ki, naziri bizə irad tutsun - Prezident

1498
"Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq".

"Bakupost" xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

"Müharibədən sonra nə qədər çalışsa Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri hansısa isə qərar qəbul edirlər. Bunlar ümumiyyətlə əhəmiyyətli deyil. Onların heç adı heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq nəyi biz görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri ya xarici işlər nazirləri, ya digər nazirlər deyirlər ki, bunu etməyin. Bu deməli qəbul edilməzdir. Yəni heç bir ölkə ilə. Bir ölkə mənə məlumat verildi. Lüksemburq. Onun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlətdi. Özü də mən başa düşmürəm. Lüksemburqun bizə nə daxili var. Lüksemburq ümumiyyətlə bu bölgədən uzaq olan bir ölkədir. Dünya miqyasında o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasimizin uğurlu olmasını bir daha göstərir", - Prezident bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər