Ru
22:33 / 27 Sentyabr 2019

"Lüksemburqda "Düdelanj"a qalib gəlmək istəyirik" - Qurban Qurbanov

2828
"Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindir. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm".


BakuPost-un
"Report"a istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VI turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.


47 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlar: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az qızdırması var idi. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur. Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Biz bütün oyuna qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər