Ru
21:59 / 13 Oktyabr 2019

Azərbaycan Macarıstana məğlub oldu - YENİLƏNDİ

2778
Azərbaycan millisi növbəti oyununda da məğlub olub.

BakuPost-un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində 6-cı oyunun da azarkeşlərini məyus edib.

Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb. Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb. Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf edib”.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq.

**

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında hesab açılıb.

BakuPost-un
məlumatına görə, oyunun 10-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: 1:0

**

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçı start götürüb.

BakuPost-un məlumatına görə, görüş "Groupama Arena"da keçirilir.


Komandalar meydana aşağıdakı heyətlə çıxıb.


Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç


Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 18. Dominik Nad, 19. David Holman, 21. Tamaş Kadar, 23. Filip Holender
Baş məşqçi: Marko Rossi


Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev


Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər