Ru
00:06 / 21 Yanvar 2021

Madriddə güclü partlayış - YENİLƏNİB - VİDEO

2337

İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.


Bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, yaralı şəxslərə tibbi yardım göstərilib. On nəfərin xəsarəti yüngüldür, lakin bir nəfərin vəziyyəti ağırdır.


Bundan əvvəl, partlayış nəticəsində üç nəfərin öldüyü, bir şəxsin itkin düşdüyü bildirilmişdi.


Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.


***


İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.


"BakuPost" xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Hadisə Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan biri dağılıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər