Ru
18:04 / 13 Fevral 2020

Mağazalardan oğurluq edən dəstə tutuldu

1375
Yanvarın 30-da Suraxanı rayonu ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyənləşib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər