Ru
11:22 / 24 Fevral 2021

10 avtomobilin toqquşduğu qəza: Ölən və yaralananlar var - VİDEO

1866
Bakı-Ələt-Qazax magistral yolunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə “Bakupost”a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, 10-dan çox avtomobilin iştirakı ilə baş verən qəzada “VAZ-2107” markalı avtomobildə bir nəfər ölüb:

“Hazırda əməkdaşlarımız hadisə yerində araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi isə hələlik məlum deyil”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər