09:13 / 12 Oktyabr 2021

Mahir Emreli koronavirusa yoluxdu: oyunda iştirak etməyəcək

347
Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Bakupost.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emreli koronavirus testi pozitiv çıxdığı üçün matçı buraxmalı olacaq.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya - Azərbaycan qarşılaşmasında iştirak edə bilməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər