Ru
14:07 / 12 Sentyabr 2019

Mahir Emrelinin evini soyanlar tapıldı

2916

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.


BakuPost.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.


Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər