Ru
23:46 / 18 Yanvar 2020

Makronun yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıldı

7571
Fransa prezidenti Emmanuel Makronun dünən teatrda olduğunu sosial şəbəkədə paylaşan jurnalist saxlanılıb.

BakuPost xarici mediaya istinadən xəbər verir ki, jurnalist Taha Bouhafs paylaşımında teatr salonunda olduğunu və prezidentin oturduğu cərgədən 3 sıra arxada əyləşdiyini qeyd edib. Bundan sonra Fransada pensiyayla bağlı ediləcək dəyişikliyi qəbul etməyən insanlar teatr qarşısına toplaşaraq şüar səsləndiriblər.

Etirazçılar teatr salonuna girməyə çalışsa da, polis buna mane olub. Makron teatrdan təhlükəsizlik qüvvələrinin köməyilə uzaqlaşdırılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər