Ru
20:47 / 06 Fevral 2023

Malatyada dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb

2376
Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

ARB24-də danışan diplomat bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

Səfir bildirib ki, başqa tələbələrin hamısı ilə demək olar ki, əlaqə saxlanılıb. R.Məmmədovun sözlərinə görə, bir nəfər istisna olmaqla başqa pis xəbər yoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər