Ru
16:14 / 09 Sentyabr 2019

“Mançester Siti” rekord qırdı - 1 milyard avro

6917

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropa klublarının hazırkı heyətlərində yer alan futbolçuların transferlərinə xərclənən pulları açıqlayıb.


BakuPost.az rəsmi sayta istinadən xəbər verir ki, siyahıda ilk sırada İngiltərənin “Mançester Siti” klubu yer alıb. Siti heyətindəki futbolçulara 1,014 milyard avro xərcləyib. “Mançester Siti” bununla da, futbol tarixində heyətindəki futbolçulara 1 milyard avrodan çox pul xərcləyən ilk klub olub. Fransanın "PSJ" klubu 2-ci, Madridin "Real" klubu isə 3-cü yerdə qərarlaşıb.


Mançester Siti (İngiltərə) – 1.014 milyard avro
PSJ (Fransa) – 913 milyon
Real (İspaniya) – 902
Mançester Yunayted (İngiltərə) – 751
Yuventus (İtaliya) – 719
Barselona (İspaniya) – 697
Liverpul (İngiltərə) – 639
Çelsi (İngiltərə) – 561
Atletiko (İspaniya) – 550
Arsenal (İngiltərə) – 498

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər