Ru
22:29 / 27 Oktyabr 2021

Maradonanın evinə tarixi abidə statusu verildi

1731
Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.

Bakupost.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.

Veteran hücumçunun Vilya-Fiorito şəhərindəki Asamor küçəsi 523 ünvanında yerləşən evi ölkə üçün tarixi dəyərə malik olan yer elan edilib.

3 otaqdan ibarət evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər