Ru
12:47 / 06 Fevral 2021

Maradonanın psixiatrı səhlənkarlıqda günahlandırılır

1340
Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən psixiatr Aqustina Kosaçov səhlənkarlıqda günahlandırılıb.

2020-ci il oktyabrın 20-də Maradonanın sağlamlıq vəziyyəti haqqında psixiatr tərəfindən tərtib olunan hesabat prokurorluğun diqqətini cəlb edib.

Prokurorluq Maradonanın mütəxəssisə müraciət etmədiyindən və hesabatdakı məlumatların həqiqətə uyğun olmadığından şübhələnir. Psixiatrın vəkili məlumatı təkzib edib, ancaq tibbi sənədin tarixi ilə bağlı səhv ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər