Ru
17:02 / 18 Sentyabr 2019

Mariya Stadnik ikinci dəfə dünya çempionu oldu - FOTO

3500

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.



Bakupost.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik final görüşünə çıxıb.



İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş 13:0 hesabla, Mariyanın qələbəsi ilə başa çatıb.Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adına layiq görülüb.



Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər