Ru
10:50 / 09 Dekabr 2025

Marketlərdə polietilen torbalar bahalaşdı - SƏBƏB

Marketlərdə polietilen torbalar bahalaşdı - SƏBƏB
Eye

Polietilen torbaların qiyməti əsasən xammalın - yəni polietilenin dünya bazarındakı dəyərindən asılıdır.Neft və neft-kimya məhsullarının dünya bazarında bahalaşması polietilenin maya dəyərini yüksəldir. Daşınma, logistika və əmək xərclərinin artması da son satış qiymətinə ciddi təsir göstərir. Əlavə olaraq, bəzi ölkələrdə plastik məhsullara tətbiq olunan ekoloji rüsum və ya vergi artımları dolayısı ilə idxal qiymətlərinə təsir göstərə bilir. Ümumi inflyasiya fonunda sektor daxilindəki xammal qiyməti dəyişiklikləri bahalaşmanı daha da sürətləndirir.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli polietilen torbaların qiymətində son günlər müşahidə edilən artımdan danışarkən deyib.

İqtisadçının sözlərinə görə, qiymət dəyişikliyinin əsas mənbəyi mağazalar deyil, istehsalçı və idxalçı şirkətlərdir:

“Mağazalar torba satışından ciddi gəlir götürmədiyi üçün qiymətləri süni artırmaqda maraqlı deyillər. Artım, böyük ehtimalla, istehsalçı və idxalçı səviyyəsində başlayan zəncirvi bahalaşmanın nəticəsidir”.

O əlavə edib ki, bu proses digər məhsulların qiymətlərinə kəskin təsir göstərməyəcək:

“Torbalar köməkçi material olduğundan genişmiqyaslı təsir gözlənilmir, lakin mağazalar artan xərcləri ümumi qiymətlərə cüzi şəkildə yansıda bilər”.

Qeyd edək ki, polietilen torbaların qiyməti son günlər artıb. Kiçik torbalar 3 qəpikdən 5 qəpiyə, iri torbalar isə 5 qəpikdən 7 qəpiyə yüksəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar