22:31 / 03 Sentyabr 2021

“Maşa"nın Azərbaycan bölümünün “YouTube”dan silinməsinə aydınlıq gətirildi - YENİLƏNİB

2359

“Maşa və Ayı” cizgi filminin istehsalçısı olan “Animakkord” şirkətinin direktoru Dmitri Loveyko Azərbaycan nağılı əsasında çəkilmiş “Balaca cırtdan” (Малыш Джыртдан) bölümünün cizgi serialının “YouTube” kanalından silinməsinə aydınlıq gətirib.

O, News.ru portalına açıqlamasında bunun titrlərdə olan yanlışlığın düzəldilməsilə bağlı olduğunu bildirib.


Onun sözlərinə görə, səhv aradan qaldırıldıqdan sonra həmin seriya yenidən videoservisə qaytarılacaq.


Loveyko həmçinin Azərbaycan nağılları əsasında daha iki bölüm hazırlandığını, seriyalar üzərində işlər tamamlandıqdan sonra onların da “YouTube” kanalında izləyicilərə təqdim olunacağını qeyd edib.

19:27


“Maşa və Ayı” cizgi filminin Azərbaycana həsr edilən buraxılışı "Youtube" platformasından qaldırılıb.


Bakupost.az xəbər verir ki, cizgi filmi “Cırtdan” xalq nağılı əsasında hazırlanmışdı.


Uşaqlar üçün yayımlanan filmin yutubdan silinməsinə Rusiyada fəaliyyət göstərən erməni diasporu və Ermənistan vətəndaşlarının şikayətləri səbəb olub.


Qeyd edək ki, cizgi filmində Azərbaycanı tərənnüm edən təndir çörəyi, paxlava, şəkərbura, dolma, o cümlədən məşhur “Cücələrim” mahnısı da yer almışdı.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər