Masallı sakini Bakıda silahla yaxalandı

  • 22 Noy 2019 22:39
  • 318 Baxış
Masallı sakini Bakıda silahla yaxalandı
Bakıda silahlı şəxs yaxalanıb.

BakuPost-un
"Trend"ə istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Polisə rayon ərazisində silahlı şəxsin olması barədə məlumat daxil olandan sonra ərazidə əməliyyat keçirilib.

Keçirilən əməliyyat nəticəsində Yasamal rayonu, İnşaatçılar prospekti 36 saylı binanın qarşısında Masallı rayonu, Mollaoba kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Famil Xanəli oğlu saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 12 kalibrli, qundağı və lüləyi kəsilmiş İJB-47 model qoşalülə ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.