Ru
00:09 / 30 İyul 2020

Masallı sakini qonşusunu və onun oğlunu güllələdi

2449
Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

"BakuPost" xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları - 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər