Masallıda 11 gün əvvəl toyu olan gənc boğuldu - FOTO

  • 19 Avq 2019 21:16
  • 893 Baxış
Masallıda 11 gün əvvəl toyu olan gənc boğuldu -  FOTO
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.



BakuPost-un 
"Report"a istinadən  məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.



Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.



İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.



Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.



Faktla bağlı araşdırma aparılır.

 

Masallıda 11 gün əvvəl toyu olan gənc boğuldu -  FOTO