Maşın atı vurdu, sürücünün anası öldü - CƏLİLABADDA

  • 14 Avq 2019 17:24
  • 894 Baxış
Maşın atı vurdu, sürücünün anası öldü -  CƏLİLABADDA
Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.




Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi "VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.




Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.




Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.