Ru
00:09 / 09 Oktyabr 2019

"Maşın"da daha bir gözlənilməz sonluq - VİDEO

2277
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətini daha bir iştirakçı tərk edib.

BakuPost-un
məlumatına görə, 10 nəfərin mübarizə apardığı yarışmada müğənni Aysun İsmayılova SMS səsverməsinə çıxarılıb.

Aysun oyunda qalacağı təqdirdə aktyor Məcid Hüseynovu şoudan uzaqlaşdıracağını deyib.

Sonda A.İsmayılova 44,86 faiz səs toplayaraq yarışmanı özü tərk etməli olub.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər